“Azərbaycan sədrliyi dövründə iqlimə davamlılığın gücləndirilməsi və yaşıl enerjiyə keçid istiqamətində uğurlu təşəbbüslərlə çıxış edib. Çin tərəfi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir və bu istiqamətdə həyata keçirilən səyləri dəstəkləyir”.
Bizim.Media xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O vurğulayıb ki, AQEM yarandığı gündən etibarən dinc yanaşı yaşamaq prinsipinə sadiq qalıb, çoxtərəfli əməkdaşlığı təşviq edib və Asiyada sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm platforma olub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:20 / 15.10.2026
Çinli nazir: “Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndiririk”
Hazırda oxunan: Çinli nazir: “Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndiririk”
Hazırda oxunan: Çinli nazir: “Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndiririk”
642407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































