Paşinyan Bakı ilə sülh sazişini 2031-ci ilədək imzalayacaq?

Hazırda oxunan: Paşinyan Bakı ilə sülh sazişini 2031-ci ilədək imzalayacaq?

642362

“Ümid edirəm ki, Azərbaycanla sülh müqaviləsini 2031-ci ilə qədər imzalayacam və ratifikasiya edəcəm”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.

Paşinyan vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması həm hökumət, həm də şəxsən onun üçün ən vacib prioritetlərdən biridir.

"Mən şəxsən özüm üçün konkret bir vəzifə və cədvəl müəyyən etmişəm – 2031-ci ilə qədər bu məsələnin həllinə nail olmaq. Təbii ki, bu, bütövlüklə hökumətin və siyasi komandamızın da qarşısında duran tapşırıqdır, lakin baş nazir kimi bunu şəxsi gündəliyim baxımından da son dərəcə mühüm hesab edirəm", — deyə Paşinyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin