Təcrübəli stüardessadan ekonom-klassda uçanlara 6 QIZIL QAYDA

Hazırda oxunan: Təcrübəli stüardessadan ekonom-klassda uçanlara 6 QIZIL QAYDA

642423

Təxminən 10 illik iş təcrübəsi olan keçmiş təyyarə bələdçisi uzunməsafəli uçuşlarda ekonom-klass sərnişinlərinin səfərini maksimum rahat edəcək 6 qızıl qaydanı paylaşıb.

Bizim.Media xəbər verir ki, “Business Insider” nəşrinə müsahibə verən mütəxəssis indi özü sərnişin kimi səyahət edərkən aşağıdakı vərdişlərə üstünlük verdiyini bildirib:

1. Hava limanında geyiminizi dəyişin

Təyyarəyə minməzdən əvvəl yumşaq və rahat idman dəsti geyinin, təyyarə yerə enməzdən az əvvəl isə gündəlik geyiminizə qayıdın. Bu, uçuş zamanı rahatlaşmağa və çatacağınız ünvana daha təravətli daxil olmağa kömək edir.

2. Oturacağın altına yalnız vacib əşyaları və zibil torbası qoyun

Əsas əl yükünü üst rəfə qoyun, oturduğunuz yerin altına isə yalnız qulaqlıq, qəlyanaltı, enerjidolduran kabel və kremlərin olduğu kiçik çanta yerləşdirin. Ərazinizi təmiz saxlamaq üçün özünüzlə kiçik bir zibil torbası götürün.

3. Keçid tərəfdə olan oturacağı seçin

Keçid tərəfdə oturmaq uçuş zamanı sərbəst ayağa qalxmağa və bədən tərbiyəsi (hərəkət) etməyə imkan verir. Ekipajı çağırma düyməsindən yalnız zəruri hallarda istifadə edin, su üçün isə bələdçilərin işinin az olduğu sakit anlarda yaxınlaşın.

4. Yuxu rejiminə tez uyğunlaşın

Borta minən kimi saatınızı təyinat yerinin vaxtına keçirin. Yuxu həbləri əvəzinə göz maskası və rahat yastıqdan istifadə edin. Belinizə dəstək üçün bükülmüş sviter qoya bilərsiniz. Turbulensiya zamanı stüardessaların sizi oyatmaması üçün təhlükəsizlik kəmərini geyiminizin üstündən bağlayın.

5. Butulka suyu və yüngül qəlyanaltılara üstünlük verin

Gecə reysləri zamanı qəhvə, çay və krant suyundan qaçının. Özünüzlə bağlı butulka suyu, qoz-fındıq və giləmeyvə götürün. Ağır yeməklər yuxunu çətinləşdirə bilər.

6. Təyyarədən çıxmağa tələsməyin

Enişdən sonra sıxlıq bitənədək gözləyin. Bu vaxtı oturacağın cibini, altını və üst rəfi diqqətlə yoxlamaq üçün istifadə edin. Bu vərdiş telefon, sənəd və digər dəyərli əşyaları təyyarədə unutmamağa kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin