Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Hazırda oxunan: Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

642449

Oktyabrın 17–18-də Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri keçiriləcək.

Cüdo Federasiyasından Bizim.Media-ya bildirilib ki, beynəlxalq yarışda Azərbaycanı 11 çəki dərəcəsində 27 cüdoçu (6 qadın, 21 kişi) təmsil edəcək.

Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qadınların mübarizəsində Fəridə Mirzəyeva (52 kiloqram), Gülnarə Bayramova (52 kiloqram), Alina Kuqayeva, Südabə Ağayeva (hər ikisi 70 kiloqram), Nərmin Əmirli (78 kiloqram), Madina Kaisinova (+78 kiloqram), kişilər arasında isə Məhəmməd Rüstəmli, Babərahim Mirzəyev, Murad Əliyev, Fərid Qarayev, Kənan Hüseynov, Amin İsmayılov (hamısı 60 kiloqram), Nazir Talıbov, Rəşad Yelkiyev, Zahir Ağazadə, Yaşar Nəcəfov, Kənan İsmayılov (hamısı 66 kiloqram), Səlim Sultanov, Kamran Süleymanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kiloqram), Xəyyam Əliyev, Əli Qazıməmmədov (hər ikisi 90 kiloqram), Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kiloqram), Eldar Əliyev və Sübhan Axundov (hər ikisi +100 kiloqram) çıxış edəcəklər.

Qeyd edək ki, Asiya Açıq Turnirində ümumilikdə 7 ölkədən 230 idmançı mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin