Azərbaycan Prezidenti: Avropa parlamenti və Avropa Şurası təcavüzkar Ermənistanı həvəsləndirirdi

Hazırda oxunan: Azərbaycan Prezidenti: Avropa parlamenti və Avropa Şurası təcavüzkar Ermənistanı həvəsləndirirdi

642373

1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu imitasiya xarakteri daşıyırdı.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar.

“Ermənistanın indiki Baş naziri o vaxt işğal altında olan Qarabağda bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bütün bu hədsizliyə dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu.

Heç kim Ermənistanı qınamadı. BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi. Avropa parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi”, - Prezident İlham Əliyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin