Rusiya Odessa vilayətində supermarketi vurdu: Yaralılar var – VİDEO

Hazırda oxunan: Rusiya Odessa vilayətində supermarketi vurdu: Yaralılar var – VİDEO

642417

Rusiya Silahlı Qüvvələri Одесса vilayətində PUA ilə mülki obyekti — "Tavriya" supermarketini hədəf alıb.

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, hava həyəcanı siqnalından sonra Rusiya dronları Mayakı yaşayış məntəqəsində yerləşən "Tavriya" supermarketinə birbaşa zərbə endirib.

Düşən PUA nəticəsində binanın böyük hissəsi dağılıb və şiddətli yanğın baş verib.

Odeysa Vilayət Prokurorluğunun mətbuat katibi İnna Verbanın verdiyi ilk rəsmi məlumata əsasən, hücum nəticəsində ən azı 3 dinc sakin yaralanıb. Fövqəladə Hallar Xidmətinin əməkdaşları ərazidə xilasetmə və yanğınsöndürmə işlərini davam etdirirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin