Moskva Paşinyanın qarşısında bir sıra TƏLƏBLƏR qoydu

Hazırda oxunan: Moskva Paşinyanın qarşısında bir sıra TƏLƏBLƏR qoydu

642360

Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyandan iqtisadiyyat və xarici siyasətlə bağlı qəbul edilmiş bir sıra qərarlara kəskin şəkildə yenidən baxmağı tələb edib.

Bizim.Media xəbər verir ki, Ermənistanın «Hraparak» qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Moskva İrəvanın qarşısında bir sıra şərtlər qoyub:

Rusiya kapitallarına toxunulmazlıq: «Rusiya Dəmir Yolları» (RJD) və «Qazprom»un maraqları da daxil olmaqla, Rusiya kapitalına qarşı yönəlmiş addımlardan imtina edilməsi;

Hərbi varlıq: Gümrüdəki 102-ci Rusiya hərbi bazasının fəaliyyətinə və statusuna toxunulmaması;

Xarici siyasət: Avropa İttifaqı ilə yaxınlaşma kursuna yenidən baxılması və yönümün dəyişdirilməsi;

Siyasi təqiblər: Rusiyayönümlü siyasi xadimlərə qarşı təqiblərin dayandırılması;

Kadr təyinatı: Ermənistan hökumətində Moskva üçün məqbul olan şəxsin baş nazirin müavini vəzifəsinə təyin edilməsi.

Nəşr bu ultimatum və tələbləri noyabrın 1-dən etibarən Rusiyanın Ermənistana qaz tədarükünü dayandıra biləcəyi ilə bağlı xəbərlərlə əlaqələndirir.

Eyni zamanda, Paşinyanın son günlərdə «Rosatom» və «Rusiya Dəmir Yolları» rəhbərliyi ilə keçirdiyi görüşlər İrəvanın Moskvaya güzəştə getməyə hazırlaşmasının ilk göstəriciləri kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin