ABŞ Müdafiə Nazirliyində dərin böhran: Pit Heqset istefa verməlidir – “Foreign Policy”

Hazırda oxunan: ABŞ Müdafiə Nazirliyində dərin böhran: Pit Heqset istefa verməlidir – “Foreign Policy”

642381

ABŞ Hərbi Hava Qüvvələrinin Böyük Britaniyadakı "Fairford" aviabazasından strateji bombardmançılarını tələsik təxliyə etməsi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə qabiliyyətsizliyini və müdafiə naziri Pit Heqsetin uğursuz idarəçiliyini növbəti dəfə gündəmə gətirib.

Bizim.Media xəbər verir ki, Foreign Policy nəşrinin təhlilinə görə, Ukraynanın ötən il həyata keçirdiyi "Hörümçək toru" ("Pautina") əməliyyatına bənzər İran PUA-larının zərbələrindən qorxan ABŞ ordusu baza müdafiəsini təmin edə bilmədiyi üçün biabırçı şəkildə geri çəkilməyə məcbur olub.
 

Bu insident fonunda nazir Pit Heqsetin Kuantikodakı çıxışında strateji hədəflər əvəzinə hərbçilərin görünüşü, testosteron səviyyəsi və ordunun "ideoloji təmizlənməsi" haqqında danışması həm konqresmenlərin, həm də hərbi ekspertlərin kəskin narazılığına səbəb olub.


Respublikaçı konqresmen Tomas Messi sentyabrın 15-də Heqsetə qarşı 8 maddədən ibarət impiçment layihəsini təqdim edib. Təşəbbüsün ilk baxışda reallaşması çətin görünsə də, hazırda amerikalıların 51%-i (o cümlədən respublikaçıların 22%-i) Heqsetin vəzifədən kənarlaşdırılmasını dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin