Azərbaycan əsilli tanınmış müğənni Navai (Nəvai Bəkirov) Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə iki aylıq həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “Shot” teleqram kanalı məlumat yayıb.
“Qərar Korday rayon məhkəməsi tərəfindən bu gün səhər qəbul edilib”, - məlumatda bildirilib.
Bildirilib ki, istintaq davam etdiyi müddətdə o, istintaq təcridxanasına göndərilməyəcək. Araşdırma aparılan müddətdə sənətçi Kordaydakı müvəqqəti saxlama yerində qalacaq.
Qeyd edək ki, müğənni Navai oktyabrın 13-də Qazaxıstana daxil olarkən "Korday" sərhəd keçid məntəqəsində saxlanılmışdı. Onun üzərində 2,5 qram marixuana, siqaret kağızları və üyüdücü aşkar edilmişdi.
Bizim.Media

































































































