İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

Hazırda oxunan: İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

642452

Yəmənin "Ənsar Allah" hərəkatını təmsil edən husi üsyançıları 2024-cü ilin iyununda əsir götürülmüş BMT missiyasının əməkdaşı Sami əl-Kəlabini sərbəst buraxıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi BMT-nin baş katibinin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberqə istinadən məlumat yayıb.

Beynəlxalq təşkilatın məlumatına əsasən, üsyançılar qurumun daha 71 işçisini hələ də girovluqda saxlamağa davam edirlər. Hərəkat nümayəndələri bu həbslərin bir qismini saxlanılan şəxslərin İsraillə əməkdaşlıq etməsi şübhələri ilə əsaslandırırlar.

Ötən həftə BMT-nin Ümumdünya Ərzaq Proqramı da Yəməndəki işçilərindən birinin azad olunmasına nail olduğunu bəyan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin