Erkən yaşda ana olanların çoxu kəndlərdə yaşayır – STATİSTİKA

Hazırda oxunan: Erkən yaşda ana olanların çoxu kəndlərdə yaşayır – STATİSTİKA

642372

Azərbaycanda 15–19 yaşlı anaların dünyaya gətirdiyi uşaqların sayı kəndlərdə daha çoxdur.

Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2025-ci ildə Azərbaycanda 95 875 uşaq doğulub.

Doğulan uşaqların 70,6 faizi 15–29 yaşlı anaların payına düşüb. Anaların 9,4 faizi isə 15–19 yaş qrupunda olub.

Şəhər yerlərində il ərzində 45 335 uşaq doğulub. Onlardan 2 632-si 15–19 yaşlı analar tərəfindən dünyaya gətirilib.

Kənd yerlərində isə 50 539 uşaq doğulub. Bu uşaqlardan 6 384-ü 15–19 yaşlı anaların payına düşüb.

Beləliklə, təqdim olunan rəqəmlər kənd yerlərində 15–19 yaşlı anaların dünyaya gətirdiyi uşaqların sayının şəhərlərlə müqayisədə daha yüksək olduğunu göstərir. Kənd yerlərində bu yaş qrupundakı anaların payına düşən doğuşların sayı şəhərlərdəki göstəricidən təxminən 2,4 dəfə çoxdur.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin