Makaronun süzdükdən sonra suyunu tökməyin

Hazırda oxunan: Makaronun süzdükdən sonra suyunu tökməyin

642393

Evdə bişirilən makaronun sousla birləşməməsinin və ya sousun makaronun üzərində durmayıb boşqabın dibinə süzülməsinin əsas səbəbi haşlama suyunun istifadə edilməməsidir. Bişmə zamanı suya keçən nişasta su ilə yağı bir-birinə bağlayan təbii yapışdırıcı rolu oynayır. Sousu hazırlayarkən daxilinə əlavə edəcəyiniz 1-2 çömçə makaron suyu sosu ipək kimi hamar edir və makarona tam hopmasını təmin edir.   

Bizim.Media makaron suyunu dəyərləndirməyin digər yollarını təqdim edir:

Paxlalı bitkilərin yumşaldılması: Noxud, lobya və ya mərcini isladarkən adi su əvəzinə ilıq makaron suyundan istifadə etmək onların daha tez yumşalmasına və bişərkən köp (qaz) əmələ gətirməməsinə kömək edir.   

Xəmirin daha yaxşı acıması: Çörək və ya pizza xəmiri hazırlayarkən bu sudan istifadə etmək maya fəallığını artırır, xəmirin yumşaq qabarmasını və elastikliyini təmin edir.   

Yağlı qabların təmizlənməsi: Yağlı və çirkli qazanları yumazdan əvvəl makaron suyunda saxlamaq, nişastanın yağdələn effekti sayəsində qurumuş ləkələri sürtmədən təmizləməyə imkan verir.   

Otaq bitkiləri üçün təbii gübrə: Soyudulmuş makaron suyu minerallarla zəngin olduğu üçün ev bitkiləri üçün təbii vitamin mənbəyinə çevrilir. (Milli.az)  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin