Əmək müqaviləsiz işləyənlər əvvəlki illərin stajını necə rəsmiləşdirə bilərlər? – HÜQUQİ İZAH

Hazırda oxunan: Əmək müqaviləsiz işləyənlər əvvəlki illərin stajını necə rəsmiləşdirə bilərlər? – HÜQUQİ İZAH

642216

Əmək fəaliyyəti insanın yalnız gündəlik qazancı deyil, həm də gələcək sosial təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Ancaq bəzi hallarda insanlar uzun müddət işləsələr də, əmək müqaviləsi olmadan fəaliyyət göstərdikləri üçün həmin illərin rəsmi qeydə alınmaması problemi ilə üzləşirlər. Bu isə xüsusilə pensiya yaşına çatdıqda əmək stajının hesablanması ilə bağlı suallar yaradır.

Bəs müqaviləsiz işləyən şəxslər əvvəlki illərin iş stajını rəsmiləşdirə bilərlərmi?

Bizim.Media
 mövzuyla bağlı hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrənib.

O hesab edir ki, əksər vaxtlarda işəgötürənlər bu halı təsdiqləmirlər:

"Belə hallarda işə götürən işçini rəsmi müqavilə olmadan işlətdiyini təsdiqləsə, cərimələnəcək.  Çünki İnzibati Xətalar Məcəlləsi, bəzi hallarda isə Cinayət Məcəlləsinə görə sahibkar işçini əmək müqaviləsiz işlətməyə görə məsuliyyət daşıyır.

Belə halla üzləşən vətəndaş həm Dövlət Əmək Müfəttişliyinə şikayət eləməlidir, həm də işə götürənə qarşı məhkəmədə iddia qaldırmalıdır. O, tələb etməlidir ki, onun əmək müqaviləsi tanınsın, ona rəsmi maaş ödənilənsin, pensiya kimi təminatlar verilsin".

Bəs işçi öncədən işlədiyi illəri hüquqi yolla necə rəsmiləşdirə bilər?  

"Burada sübut olaraq şahid ifadələri, iş yerində videokameraların olması, həmin iş yerinin kiminləsə müqaviləsinin və ya münasibətinin olması, şəxsin ora mütəmadi gedib-gəlməsi istifadə oluna bilər. Yəni vətəndaşın bunu sübut etməsi fəaliyyət növündən, iş yerindən də asılıdır", - deyə Əkrəm Həsənli qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin