Hadisədən ETİRAF: “Yenidən evlənmək, ana olmaq istəyirəm” – VİDEO

Hazırda oxunan: Hadisədən ETİRAF: “Yenidən evlənmək, ana olmaq istəyirəm” – VİDEO

642400

Türkiyəli məşhur müğənni Hadisə şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi aparıcı Anas Buxaşın təqdimatında yayımlanan “ABtalks” proqramının qonağı olub.

Proqram zamanı şəxsi həyatı və gələcək planlarından danışan müğənni yenidən ailə qurmağa müsbət yanaşdığını bildirib.
 

“Yenidən evlənmək istəyirəm və bunun baş verəcəyinə həqiqətən inanıram. Hətta bu, insanların gözlədiyindən daha tez də ola bilər. Hər şey mümkündür”, – sənətçi bildirib.


Aparıcının hazırda həyatında kimsənin olub-olmaması ilə bağlı sualına isə müğənni belə cavab verib:

 

“Xeyr, hazırda həyatımda heç kim yoxdur. Amma mən niyyətin və arzuların gerçəkləşəcəyinə inanıram. Daxilimdən belə bir hiss gəlir. Çünki ana olmaq istəyirəm”.

 

Hadisənin bu sözlərindən sonra aparıcı ona münasibət qurarkən əsas məqsədinin ana olmaq istəyindən ibarət olmamalı olduğunu söyləyib. Müğənni də onun fikri ilə razılaşıb.

Qeyd edək ki, Hadisə 2022-ci ilin aprelində iş adamı Mehmet Dinçerlerlə ailə qurub. Lakin cütlüyün evliliyi uzun sürməyib. Onlar cəmi 5 ay sonra boşanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin