Zaxarovadan Yaponiyaya sərt MESAJ: “Özünüzü yaxşı aparın”

Hazırda oxunan: Zaxarovadan Yaponiyaya sərt MESAJ: “Özünüzü yaxşı aparın”

636940

“Əcdadlarının məzarlarını ziyarət etmək üçün Kuril adalarına vizasız səyahəti bərpa etmək istəyən Yaponiya düzgün davranmalı və diplomatiyanı unutmamalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiya hakimiyyətinin öz vətəndaşları üçün Kuril adalarına vizasız gediş-gəliş rejimini bərpa etmək istəyini şərh edərkən bildirib.

"Bəlkə də məsələni israrla qaldırmaq əvəzinə, sadəcə düzgün davranmaq lazımdır. Yaponiya aktual məsələləri həll etmək istəyirsə, ikitərəfli münasibətlərdə əlavə problemlər yaratmamalıdır. Sadəcə olaraq, özünü yaxşı aparmalıdır" – deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin