"Rusiya raketlərlə vurur, kiberhücumlar edilir..." — Finlandiya ən pis ssenariyə HAZIRLAŞIR

Hazırda oxunan: "Rusiya raketlərlə vurur, kiberhücumlar edilir..." — Finlandiya ən pis ssenariyə HAZIRLAŞIR

634749

Finlandiya İkinci Dünya müharibəsi başa çatdıqdan bəri Avropada ən böyük mülki müdafiə təlimlərinə başlayıb.

Bizim.Media "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, təlimlərdə 2 mindən çox insan iştirak edir.

Təlimlərin məqsədi yerli hakimiyyət orqanlarının və sıravi vətəndaşların real hücum şəraitində fəaliyyət qaydalarını məşq etməkdir.
 

Məlumata görə, təlim ssenarisinə əsasən, Finlandiyanın mərkəzində yerləşən Kuopio şəhərində kritik infrastruktura — o cümlədən elektrik və su təchizatına kiberhücumlar olunur, eyni zamanda qonşu Rusiyadan raket zərbələri təhlükəsi yaranır.


Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra Rusiya ilə Finlandiya arasında münasibətlər kəskin şəkildə pisləşib. 2023-cü il aprelin 4-də Finlandiya NATO-nun 31-ci üzvü olub. Həmin ilin noyabrında isə ölkə rəhbərliyi Rusiya ilə sərhədin mərhələli şəkildə bağlanması barədə qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin