Hazırda Amerika Birləşmiş Ştatları öz tərəfdaşlarına sursat tədarükü həyata keçirmir, çünki diqqətini şəxsi ehtiyatlarının artırılmasına yönəldib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında məlumat verib. Lakin ABŞ lideri hərbi məhsulların konkret hansı növlərindən söhbət getdiyini qeyd etməyib.
Tədarüklə bağlı vəziyyəti şərh edən Tramp yazıb: "Biz onları (sursatları) başqalarına satmırıq, özümüz üçün saxlayırıq".
Tramp söhbətin hansı sursatlardan getdiyini konkretləşdirməsə də, müttəfiqlərə satışın yaxın gələcəkdə bərpa olunacağına ümid etdiyini bildirib. Bununla belə, o, bu prosesin dəqiq müddətini qeyd etməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:03 / 03.09.2026
Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI
Hazırda oxunan: Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI
Hazırda oxunan: Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI
634693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































