Hamamda duş lifi ilə yuyunanlara xəbərdarlıq

Hazırda oxunan: Hamamda duş lifi ilə yuyunanlara xəbərdarlıq

634732

Şəxsi qulluun əvəzolunmaz hissəsi kimi görülən duş lifləri və süngərləri haqqında mütəxəssislərdən təəccüblü xəbərdarlıq gəldi. Duş zamanı ölü dərilərdən təmizlənmək üçün istifadə edilən duş lifləri məsaməli strukturları və məruz qaldıqları nəmli mühit səbəbilə mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir.

Bizim.Media xəbər verir ki, duşdan sonra havalandırılmayan və ya nəm şəkildə asılı qalan duş lifləri mühitdəki istilik və nəmin təsiri ilə qısa müddətdə bakteriya və göbələk əmələ gətirir. 

Növbəti duşda eyni lif bədənə tətbiq edildikdə isə təmizlənmək istənən dəriyə əslində milyardlarla bakteriya yenidən təmas etmiş olur. 

Mütəxəssislər xüsusilə açıq yarası, sızanağı və ya həssas dəri quruluşu olan şəxslərin bu vəziyyətdən daha sürətli təsirləndiyini qeyd edirlər.

Davamlı olaraq təkrarlanan bu vərdiş dəridə səbəbsiz qaşınmalara, qızartılara, sızanaq yaranmasına və hətta tük kisəsi iltihablanmalarına (folikulit) zəmin yaradır. Dərinin təbii baryerinə zərər verən bu vəziyyət mikrobların alt toxumalara qədər çatmasına imkan yaradır.

Mütəxəssislər sintetik plastik liflər əvəzinə təbii liflərə üstünlük verilməsini, hər istifadədən sonra lifin tamamilə quruya biləcəyi havalı bir sahəyə asılmasını və ən gec 3-4 həftədən bir yenisi ilə əvəz olunmasını tövsiyə edirlər. Həmçinin lif əvəzinə əllərlə və ya pambıq parçalarla təmizlənməyin dəri sağlamlığı baxımından daha təhlükəsiz olduğu vurğulanır. (milli.az)

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin