Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Hazırda oxunan: Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

634692

Genişmiqyaslı daşqınlardan sonra Nepalda 22 mindən çox uşaq içməli su qıtlığı ilə üz-üzə qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, uşaqların, həmçinin sanitariya və gigiyena dəstəyinə də ehtiyacı var.

Məlumat müəllifləri vurğulayıblar ki, təbii fəlakət su təchizatı sistemlərinə və sanitariya obyektlərinə ciddi ziyan vurub. Bir çox ailə evlərini tərk etmək məcburiyyətində qalıb. Onlar qohumlarının evlərində və müvəqqəti sığınacaqlarda məskunlaşıblar.

UNICEF Nepalda yoluxucu xəstəliklərin (infeksiyaların) yayılma riskinin kəskin artdığı barədə xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin