Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir? – AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir? – AÇIQLAMA

634745

Sosial şəbəkələrdə yayılan iddiaya görə, Azərbaycanda “Mən “vor v zakon”am və ya “qanuni oğru”yam” ifadəsini işlədən şəxslər həbs edilə bilər. Hətta həmin şəxsləri 8 ildən 15 ilə qədər həbs gözlədiyi deyilir.

Bəs Azərbaycan qanunvericiliyində bununla bağlı hər hansı maddə var?
 
Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, sosial şəbəkələrdə yayılan bu iddia hüquqi baxımdan doğru deyil:

“Qanuni oğruyam” ifadəsini işlətmək öz-özlüyündə cinayət hesab olunmur və buna görə 8 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulmayıb. Azərbaycan qanunvericiliyində məsuliyyət ifadənin özünə deyil, şəxsin konkret fəaliyyətinə və törətdiyi əmələ görə müəyyən edilir. Əgər şəxs kriminal qruplaşmanın yaradılmasında, idarə edilməsində və ya fəaliyyətində iştirak edirsə, yaxud bu statusdan istifadə edərək başqa cinayət əməlləri törədirsə, həmin əməllərə uyğun olaraq cinayət məsuliyyəti yarana bilər”.

Hüquqşünas bildirib ki, sadəcə hansısa şəxsin özünü “qanuni oğru” adlandırması avtomatik olaraq onun həbs ediləcəyi anlamına gəlmir:

“8 ildən 15 ilədək həbs məsələsi isə yalnız konkret cinayət tərkibi və qanunda həmin əməl üçün nəzərdə tutulan cəza ilə bağlı ola bilər. Belə iddialar böyük ehtimalla Rusiya qanunvericiliyindəki kriminal iyerarxiyada yüksək mövqe tutmağa görə məsuliyyətlə qarışdırılıb”.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin