ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Hazırda oxunan: ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

634699

Bir sıra ölkələrdə istifadəçilər OpenAI şirkətinin hazırladığı ChatGPT çat-botunun fəaliyyətində problemlərin yarandığını bildiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin məlumatında qeyd olunub.
 

Məlumata görə, ABŞ-də təxminən 35 min istifadəçi nasazlıq barədə məlumat verib. Şikayət edənlərin 80 faizi saytın fəaliyyətində fasilələrlə üzləşdiyini, 7 faizi isə mobil tətbiqdə problemlərin olduğunu bildirib.


“Downdetector” ChatGPT-nin fəaliyyətində nasazlıqların digər ölkələrdə də qeydə alındığını bildirir. Böyük Britaniyada təxminən 12 min, Fransada isə 5 min istifadəçi problemlə bağlı müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin