İranda "Seyidina" kafelər şəbəkəsinin meneceri Sadiq Seidinaya qarşı ağır məhkəmə hökmü çıxarılıb. Yanvar etirazları ilə bağlanan cinayət işi üzrə o, 12 ildən çox azadlıqdan məhrum edilib və bütün əmlakı müsadirə olunub.
Bizim.Media "Euronews"a istinadən xəbər verir ki, həbsdən çıxdıqdan sonra ona iki il müddətinə müvafiq sektorda çalışmaq da qadağan edilib.
“Seyidina” ərzaq qrupunun təsisçisi, biznesmen Məhəmməd Seidinanın oğlu olan Sadiq Seidinia milli təhlükəsizliyə qarşı media və təbliğat fəaliyyətində, sistemə qarşı təbliğat aparmaqda və düşmən qrupların adından hərəkət etməkdə təqsirli bilinib.
İttihamlar onun "Instagram"da etirazlarla bağlı paylaşımları, tətillərə dəstək verməsi, kafe və mağazalarını bağlaması, həmçinin əməkdaşlarını nümayişlərə çağırışı ilə bağlıdır.
Məhkəmə onu Qum şəhərindəki etirazların "təhrikçisi" adlandırsa da, birbaşa vurulan maddi ziyanla onun fəaliyyəti arasında əlaqəni sübut edən müstəqil sübutlar təqdim edilməyib.
Sadiqlə birlikdə atası Məhəmməd Seidinianın da obyektləri möhürlənib.
Qeyd edək ki, rialın çökməsindən sonra 180-dən çox şəhərə yayılan yanvar etirazlarının yatırılması zamanı rəsmi Tehran 3 100-dən çox insanın həlak olduğunu etiraf edib. BMT-nin İran üzrə xüsusi məruzəçisi həlak olanların minimum sayını 5 000 nəfər qiymətləndirib, hüquq müdafiəçiləri (HRANA) isə 6 854 ölüm halının təsdiqləndiyini bildirirlər.
Bizim.Media



































































































