Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

634652

Süni intellekt artıq həyatımızın elə bir hissəsinə çevrilib ki, bir çoxumuz gün ərzində fərqinə varmadan ona dəfələrlə müraciət edirik. Qərar verməyə kömək istəyirik, ideya axtarırıq, hətta bəzən özümüzün düşünməli olduğumuz sualları belə onun qarşısına qoyuruq.

Bəs bütün bunlar bizi yavaş-yavaş necə dəyişir?

Psixoloqlar narahatdır: insanlıq dəyişir, öz yaratdığı alətə çevrilir. Beynəlxalq tədqiqatçılar qrupu müşahidələrdən sonra belə bir qənaətə gəlib ki, biz onu nə qədər çox istifadə etdikcə daha rahat, daha az düşünən oluruq. Bu da real həyatda ünsiyyətimizi çətinləşdirir. İnsan daim chatgpt-nin və digər tətbiqlərin yaratdığı səliqəli, standart cümlələrdən istifadə etdikcə öz təbii ifadə tərzini zəiflədir. Qarşısındakı insanla danışmaq, sevgi etirafı, evlilik təklifi etmək üçün süni intellekt tətbiqlərinə mətn yazdıranlar var.

Bu zaman ortaya bir sual çıxır: görəsən insan süni intellektdən nə qədər istifadə etdikdən sonra “robotlaşma” başlayır?

Araşdırmalarda o da məlum olub ki, tez-tez və düşünmədən chatgpt-yə güvənən insanlarda yoxlama refleksinin itir. “Süni intellekt belə deyirsə, deməli doğrusu budur” düşüncəsi ilə rahatlaşırlar.

Təxmini hesablamalara görə 6-8 ay mütəmadi istifadə təbi zəkadan süni zəkaya keçməyə bəs edir. Əlbəttə ki bu göstərilən müddətdə tətbiqlərdən mütəmadi istifadə dedikdə işlə əlaqədar planlamalar nəzərdə tutulmur, başqa cür desək, az qala aldığı nəfəsi belə chatgpt ilə məsləhətləşənlərdən söhbət gedir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin