Konyanın Seydişehir rayonunda yaşayan 80 yaşlı qadın Gülsüm A., təqaüdünü almağa getdiyi bankın qarşısında Kazım Y. ilə tanış olub.
Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, onların arasında yaranan dostluq zamanla sevgiyə çevrilib.
Belə ki, bir gün Gülsüm A. xəstəxanaya gedəcəyini deyərək evdən çıxır, amma axşama qədər qayıtmadığı üçün ailəsi narahat olur və axtarışa başlayır. Onun xəstəxanaya getmədiyi məlum olduqdan sonra vəziyyət jandarmaya bildirilir.
Günlərlə davam edən axtarışlardan sonra Gülsüm A.-nın Kazım Y. ilə birlikdə olduğu müəyyən edilir.
Jandarma qrupları tərəfindən dindirilmə zamanı Gülsüm A.-nın öz istəyi ilə Kazım Y. ilə birlikdə olduğu və onunla evlənmək istədiyi öyrənilir.
Ailəsi əvvəlcə şoka düşsə də, onun sağ-salamat qayıtmasının ən böyük təsəlli olduqlarını bildirirlər.
Məlumata görə, oğlu Əhməd A. hadisələri eşidəndə infarkt keçirib. Ailə bildirib ki, baş verən hər şeydən sonra cütlüyün rəsmi olaraq evlənərək birlikdə xoşbəxt bir həyat sürəcəyinə ümid edirlər. (bakupost.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:09 / 04.09.2026
80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı - Oğlu infarkt oldu
Hazırda oxunan: 80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı - Oğlu infarkt oldu
Hazırda oxunan: 80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı - Oğlu infarkt oldu
634735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































