Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Hazırda oxunan: Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

634677

Əllə yazmağın klaviatura və ya telefonla yazmaqla müqayisədə beyin üçün daha çox fayda verdiyi müəyyənləşdirilib.

Bizim.Media xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, ABŞ-nin Kaliforniya Universitetinin Mersed kampusunun nevroloqu Ramesh Balasubramaniam bildirib ki, əllə yazarkən baş verən fiziki proses beyində mühüm dəyişikliklər yaradır.
 

Mütəxəssislər bunun əsas səbəblərindən birinin əllə yazmağın daha yavaş olması ilə əlaqəli olduğunu bildirirlər. Belə ki, insan fikirlərini yazıya köçürərkən onları daha şüurlu şəkildə formalaşdırmaq üçün əlavə vaxt qazanır. Bu isə yaradıcı və tənqidi düşüncəni stimullaşdıra bilər.


Araşdırmalar əllə yazmağın yaddaşı da gücləndirdiyini göstərir. Hərflərin yazılması zamanı beynin müxtəlif bölgələri arasında əlaqələrin möhkəmləndiyi müəyyən edilib. Bu əlaqələr yeni məlumatların mənimsənilməsi və yadda saxlanılması üçün mühüm rol oynayır.
Van der Meer və həmkarlarının 36 universitet tələbəsi ilə apardığı araşdırmada bu təsirin klaviaturada yazarkən eyni şəkildə müşahidə olunmadığı bildirilib.

Tufts Universitetinin araşdırmasına görə, əllə qeyd aparan insanlar məlumatları daha yaxşı vizuallaşdıra və məkan təfəkküründən istifadə edə bilirlər. Bu da onların anlayışlarla bağlı suallarda daha yüksək nəticə göstərməsinə kömək edir.
 

Mütəxəssislər həmçinin qeyd edirlər ki, qələm və ya karandaşla yazmaq klaviaturada düyməyə basmaqdan daha mürəkkəb fiziki prosesdir. Oxunaqlı hərf yazmaq üçün barmaqlar müxtəlif hərəkətlər etməli və təzyiqi idarə etməlidir.


Əllə yazmanın stressə də müsbət təsir göstərə biləcəyi bildirilir. Çinli alimlərin 2014-cü ildə apardığı araşdırmada kalliqrafiyanın stressi azaltmağa və ürək döyüntüsünü aşağı salmağa kömək etdiyi müəyyən olunub.

Mütəxəssislər rəqəmsal texnologiyaların geniş yayıldığı dövrdə belə gündəlik həyatda əllə yazmağa vaxt ayırmağı tövsiyə edirlər. Bunun üçün dəftər və qələm saxlamaq, qeydləri əl ilə aparmaq və mütəmadi kitab oxumaq faydalı hesab olunur. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin