TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

Hazırda oxunan: TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

634689

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pere Joan Pons Sampietronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə TÜRKPA-dan məlumat verilib.
 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, o cümlədən 2010-cu ildən TÜRKPA-nın ATƏT PA ilə əməkdaşlığı xüsusilə vurğulanıb. Həmçinin TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı atılan addımlar, ATƏT PA-nın iyul ayında Haaqada keçirilmiş illik sessiyasında bu məsələ ilə bağlı səsvermə prosesi və bundan sonrakı mərhələ ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.


Görüşdə Qazaxıstanda baş tutan parlament seçkiləri də müzakirə edilib.

Pere Joan Pons Sampietro TÜRKPA ilə əməkdaşlıqdan məmnuniyyət duyduqlarını və qarşılıqlı dialoqa xidmət edən demokratik dəyərlərin üstün tutulduğu parlament diplomatiyasının inkişafı ilə bağlı həyata keçirilən proseslərdə TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də əllərindən gələn dəstəyi verəcəklərini bildirib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin