Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

Hazırda oxunan: Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

634763

“Sentyabrın 3-də Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir”.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
 

O bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş məsafə deyil və onun hər zolağı ayrıca təhlükə mənbəyidir.


“Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır”, – deyə R.Tağıyev qeyd edib.

Şöbə rəisinin sözlərinə görə, intensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamaq aldadıcı ola bilər. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər.

O vurğulayıb ki, piyada hərəkət hissəsində olarkən bütün zolaqlardakı nəqliyyat vasitələrinin sürətini və məsafəsini eyni anda düzgün qiymətləndirə bilməz:

“Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır, əksinə, vəziyyətə nəzarəti zəiflədir. Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə eyni anda üz-üzə qoyur”.

DYP rəsmisi piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb:

“Bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir. Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin