Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək – VİDEO

Hazırda oxunan: Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək – VİDEO

634748

Azərbaycanda hərbi xidmətə getmək üçün vətəndaşlar 18 yaşından 30 yaşınadək olan dövrdə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Kimlərə hərbi xidmətdən möhlət verilir?

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət əsasən üç hala görə - ailə, sağlamlıq vəziyyətinə görə, həmçinin təhsili davam etdirmək üçün verilir.
 

Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət aşağıdakı şəxslərin himayəsində olan çağırışçılara verilir:


Başqa övladı olmayan və 81-100 faiz funksional pozuntuya görə əlilliyi müəyyən edilmiş ata və ya anası olanlara;

Üç və daha çox uşağı olanlara;

81-100 faiz funksional pozuntuya görə əlilliyi müəyyən edilmiş arvadı olanlara;

Səkkiz yaşınadək üç və daha çox uşağı olan, ailəsində ana və ya ata olmayan şəxslərə;

18 yaşınadək, yaxud 81-100 faiz funksional pozuntuya görə əlilliyi müəyyən edilmiş qardaş və ya bacısı olan və onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslərə.

Ailə vəziyyətinə görə möhlət 30 yaşa qədər verilir. Bu yaşa qədər möhlət hüququnu itirməyən şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilir və ehtiyata keçirilirlər.
 

Burada "qardaş və ya bacını saxlaya biləcək başqa ailə üzvləri" dedikdə, həmin şəxsin maddi və mənəvi yardıma ehtiyacı olan qardaşına və ya bacısına qayğı göstərmək və onları saxlamaq üçün real imkanı olan digər qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.


Tibbi müayinədə müvəqqəti olaraq hərbi xidmətə yararsız sayılan şəxslərə sağlamlıq vəziyyətinə görə möhlət verilir.

Bu möhlət ümumilikdə üç ilədək verilə bilər və hər dəfə bir ildən çox olmur. Üç ildən sonra şəxs sağlamlıq vəziyyətinə uyğun olaraq hərbi xidmətə çağırılır, həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılaraq hərbi qeydiyyatdan çıxarılır və ya dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı sayılaraq ehtiyata keçirilir.

Təhsil alan çağırışçılara hər təhsil pilləsi üzrə yalnız bir dəfə möhlət verilir.

Tam orta təhsil - 20 yaşadək.

Peşə təhsili (tam orta təhsil almayanlar) - 20 yaşadək.

Orta ixtisas təhsili (tam orta təhsil almayanlar) - 21 yaşadək.

Bakalavriat - təhsil bitənədək (ən çox 24 yaşadək).

Magistratura - təhsil bitənədək (ən çox 26 yaşadək).

Tibb və rezidentura, doktorantura - təhsil bitənədək.

Doktoranturaya qəbul imtahanının ilk mərhələsindən keçənlərə üç ay möhlət verilir.
 

Təhsil pilləsini bitirənlərə növbəti bakalavriat və ya magistraturaya qəbul imtahanında iştirak üçün üç ay möhlət verilir.


Dövlət proqramları və hökumətlərarası təqaüd proqramları ilə xaricdə oxuyanlara təhsil bitənədək möhlət verilir. Növbəti təhsil pilləsinə qəbul üçün isə altı ay əlavə möhlət nəzərdə tutulur.

Təhsil haqqında sənəd vaxtında təqdim edilməzsə, şəxs ümumi qaydada hərbi xidmətə çağırılır.

Ali məktəbdən xaric olunan şəxs altı ay ərzində bərpa olunmazsa, möhlət hüququnu itirir. Möhlət verilmiş, lakin hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşadək hərbi xidmətə çağırıla bilərlər.

Xaricdə təhsil sənədləri, istisnalar nəzərə alınmaqla, leqallaşdırılmalı və ya apostillə təsdiqlənməli, Azərbaycan dilinə tərcümə olunaraq notariat qaydasında təsdiqlənməlidir.

Təkrar təhsil alanlara bəzi təhsil üzrə möhlət qaydaları şamil edilmir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin