Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Hazırda oxunan: Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

634683

Belçika Baş naziri Bart De Veverin Hindistana rəsmi səfəri xoşagəlməz hadisə ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Black Fox” məlumat yayıb.
 

Məlumata görə, Hindistanın Baş naziri Narendra Modi üçün nəzərdə tutulan məşhur Belçika şokoladından hazırlanmış “Hindistan Qapıları” abidəsinin detallı surəti daşınma zamanı yüksək temperatur səbəbindən deformasiyaya uğrayıb.


“Baş nazir Modiyə layiq bir hədiyyə - ən yaxşı Belçika şokoladından hazırlanmış "Hindistan Qapıları" abidəsinin surətini gətirmək istəyirdim. Amma təxminən bir əsrdir mövcud olan abidədən fərqli olaraq, şokolad versiyası Hindistana belə çatmadı”, - baş nazir bildirib. (axar.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin