Satıcılara köçürülmə ilə bağlı xəbərdarlıq edilib, lakin gedəcəkləri ünvan bəlli deyil. Söhbət paytaxtın tikinti materialları ilə bağlı əsas ticarət məkanlarından biri olan Dərnəgül bazarından gedir.
Bizim.Media "Xəzər TV"yə istinadən xəbər verir ki, bazarda fəaliyyət göstərən sahibkarlar iş yerlərini tərk etmələri ilə bağlı xəbərdarlıqlar aldıqlarını bildirirlər.
Onlar deyirlər ki, bizim əsas sualımız haraya köçürüləcəyimiz haqqındadır.
Sahibkarların sözlərinə görə, onlara hazırda əllərində olan malları satmaqla bağlı problem olmadığı bildirilib. Lakin yeni məhsulların bazara gətirilməsi məsələsində vəziyyət fərqlidir.
Hazırda bazarda fəaliyyət göstərən sahibkar və işçilərin əsas gözləntisi isə məsələyə aydınlıq gətirilməsidir. Onlar bildirirlər ki, ərazini tərk etməli olduqları halda, fəaliyyətlərini harada davam etdirəcəkləri və bunun hansı şərtlərlə həyata keçiriləcəyi əvvəlcədən açıqlanmalıdır.
Daha ətraflı videomaterialda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:48 / 04.09.2026
Bakıda məşhur bazar köçürülür- VİDEO
Hazırda oxunan: Bakıda məşhur bazar köçürülür- VİDEO
Hazırda oxunan: Bakıda məşhur bazar köçürülür- VİDEO
634731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































