Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Hazırda oxunan: Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

634672

Rusiya Silahlı Qüvvələri Qara dəniz akvatoriyasında Ukraynaya silah daşıyan quru yük gəmisinə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, gün ərzində Qara dəniz akvatoriyasında zərbə pilotsuz uçuş aparatları ilə silah və sursat daşıyan quru yük gəmisi vurulub.

"Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun maraqları üçün cəlb edilmiş dəniz gəmilərinə və liman infrastrukturu obyektlərinə zərbə endirməyə davam edir. Gün ərzində PUA-larla Qara dəniz akvatoriyasında silah və döyüş sursatı olan quru yük tipli dəniz gəmisi və hərbi-texniki əmlak daşıyan konteyner tipli gəmi vurulub", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin