Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

Hazırda oxunan: Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

631909

ABŞ Kanada mallarına tətbiq edilən 50 faiz tarifləri üç gün müddətinə dayandırır.

Bizim.Media xəbər verir ki, məlumatı ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında açıqlayıb:
 

"Mən Kanadaya tətbiq edilən 50 faiz tarifləri üç gün müddətinə dayandırdım, bu tariflərin sabah səhər qüvvəyə minməsi planlaşdırılırdı, çünki Kanada və ABŞ sənədlərin yekun təsdiqindən sonra razılığa gəliblər!"


O, əlavə edib ki, Kanadanın Alberta əyalətindən Texasa qədər uzanan və Prezident Co Baydenin əvvəlki administrasiyası tərəfindən bloklanan Keystone XL neft kəməri layihəsi yenidən başlaya bilər.

Daha əvvəl "Politico" ABŞ və Kanadanın bir neçə gündür geniş ticarət sazişi üzrə danışıqlar apardığını bildirmişdi.

Məsləhətləşmələr zamanı Vaşinqton Ottavanın Amerika spirtli içkilərinin idxalına qoyulan qadağanı, eləcə də Amerika avtomobillərinə tətbiq edilən tarifləri ləğv etməsini tələb edir.

Kanada da öz növbəsində avtomobillərə və digər mallara tətbiq edilən ABŞ tariflərini azaltmağa çalışır. Potensial razılaşmaya ABŞ Prezidentinin dəfələrlə tələb etdiyi süd məhsullarına tətbiq edilən tarif kvotası ilə bağlı Ottavanın güzəştləri daxildir.
 

Keystone XL boru kəməri layihəsi Kanadadan ABŞ-ın Texas və Luiziana ştatlarındakı neft emalı zavodlarına gündə 800.000 bareldən çox neft çatdırmaq üçün boru kəmərinin inşasını nəzərdə tuturdu.


Boru kəmərinin uzunluğu 1900 kilometr, Alberta ştatının Hardisti şəhərindən Nebraska ştatının Stil Siti şəhərinə qədər olmalı idi və oradan yanacağın ABŞ-ın cənubundakı digər boru kəmərləri vasitəsilə nəql ediləcəyi bildirilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin