RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

Hazırda oxunan: RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

631874

Kriştiano Ronaldo futbol meydanından uzaqlaşdıqdan sonra da aktiv həyat tərzini davam etdirməyə hazırlaşır. Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu karyerasının sonrakı mərhələsi ilə bağlı planlarından danışıb.

Bizim.Media “metbuat.az”a istinadla xəbər verir ki, 41 yaşlı Ronaldo “Vogue” jurnalına açıqlamasında futboldan sonrakı həyatının indidən müəyyən hissəsini planlaşdırdığını bildirib.

Təcrübəli hücumçu karyerasını başa vurduqdan sonra bütün vaxtını bir fəaliyyətə həsr etmək niyyətində olmadığını vurğulayıb.

Ronaldo deyib ki, uzun illər həyatının mərkəzində dayanan futboldan ayrıldıqdan sonra yaranacaq boşluğu müxtəlif məşğuliyyətlərlə doldurmaq mümkündür. Onun sözlərinə görə, səyahət etmək, yeni yerlər görmək, idmanla məşğul olmaq və şəxsi həyatına daha çox vaxt ayırmaq əsas prioritetlərindən olacaq.
 

Futbolçu xüsusilə padelə marağını qeyd edib. Ronaldo karyerası ərzində fiziki hazırlığına böyük diqqət yetirib və futboldan kənarda da idmanla əlaqəsini qorumaq niyyətindədir. O, eyni zamanda həyat yoldaşı ilə birlikdə qazandığı uğurların və ailə həyatının verdiyi imkanların dadını çıxarmaq istədiyini bildirib.


Ronaldo üçün futbolu dayandırmaq sadəcə meydandan çəkilmək anlamına gəlmir. O, artıq uzun illərdir idmandan kənarda da böyük biznes imperiyası formalaşdırıb. Portuqaliyalı ulduzun adı “CR7” brendi ilə geyim, alt paltarı, ətir və digər məhsullarla yanaşı, otelçilik və müxtəlif kommersiya layihələri ilə də bağlıdır. Bu fəaliyyətlərin futbolçu karyerasından sonra onun əsas məşğuliyyətlərindən birinə çevriləcəyi gözlənilir.

Bundan başqa, Ronaldo sosial mediada dünyanın ən çox izlənilən idmançılarından biridir. Onun milyonlarla izləyiciyə sahib platformaları şəxsi brendinin gələcəkdə də böyüməsi üçün geniş imkan yaradır.

Bu baxımdan, futbolu başa vurduqdan sonra reklam, media və biznes layihələrində daha fəal görünməsi istisna edilmir.

Ronaldo futbolçu kimi də hələlik yüksək səviyyədə çıxışını davam etdirir. O, son mövsümdə “Əl-Nəsr”in heyətində bütün turnirlər üzrə 37 qarşılaşmada meydana çıxaraq 30 qola imza atıb və 3 məhsuldar ötürmə edib.

Portuqaliyalı hücumçu 2026-cı il dünya çempionatında da milli komandanın əsas simalarından biri olub. Ronaldo mundialda 5 oyunda 3 dəfə fərqlənib.

Karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” kimi klubların formasını geyinən Ronaldo fərdi və komanda səviyyəsində çoxsaylı titullar qazanıb. Beş dəfə “Qızıl top” mükafatına layiq görülən futbolçu Çempionlar Liqasında 140-dan çox qolla turnirin ən məhsuldar oyunçusu olaraq tarixə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin