Vətəndaşların yaxınlarının və ya tanışlarının xahişi ilə öz adlarına kredit götürməsi sonradan müxtəlif problemlərə səbəb ola bilər. Kredit məbləğini başqa şəxs istifadə etsə də, bank qarşısında öhdəlik kredit müqaviləsində adı göstərilən şəxsin üzərində qalır.
Məbləğdən istifadə edən şəxs ödənişləri həyata keçirmədikdə kredit götürən şəxs borcun ödənilməsi ilə bağlı məsuliyyətlə üz-üzə qalır.
Bəs belə halların qarşısını almaq üçün tərəflər arasında hansı hüquqi razılaşmalar olmalıdır? Başqasının xahişi ilə kredit götürən şəxs pis vəziyyətlə üzüzə qalmamaq üçün öncədən hansı addımları ata bilər?
Bizim.Media mövzuyla əlaqədar hüquqşünas, vəkil Aysel Süleymanovanın fikirlərini öyrənib.
O bildirib ki, tərəflər arasında məbləğin faktiki istifadəçisinin kim olması barədə müqavilə bağlanması qanunvericiliklə nəzərdə tutulmayıb.
Bəs bu halda nə etmək olar?
"Belə halda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kredit götürən şəxs özünü sığortalamaq məqsədilə məbləğin əsas istifadəçisi ilə öz arasında norətarial qaydada borc müqaviləsi bağlaya bilər", - deyə Aysel Süleymanova bildirib.
O, vətəndaşların diqqətinə bəzi hüquqi məqamları da çatdırıb:
"Birinci növbədə vətəndaş başa düşməlidir ki, müqavilə münasibətlərinə girir, bank qarşısında borcalan olaraq öhdəliklər götürür və həmin öhdəliklərin icrası ilə bağlı cavabdehlik daşıyacaqdır. Eyni hal zaminlik müqaviləsiz üzrə bank qarşısında öhdəlik götürən şəxslərə də aiddir. Yəni həm kredit həm zaminlik müqaviləsi bağlayarkən vətəndaş bağladığı müqaviləni diqqətlə oxuyaraq tanış olmalı, üzərinə götürdüyü öhdəliyi dərk etməlidir".
Maraqlıdır ki, borcun istifadəçisi ödənişdə problem yaradarsa, məsələ məhkəmə yoluyla həll oluna bilər?
Müsahibimiz bu suala isə belə aydınlıq gətirib:
"Bank köçürmələri və digər maddi sübutlar məhkəmə mübahisəsi olduğu halda, araşdırılır və hüquqi qiymət verilir. Əgər kredit məbləğini borc götürən deyil, başqa şəxsin istifadə etdiyi sübut olunarsa, müqavilə üzrə borcalan şəxs məbləği istifadəçidən tələb edə bilər".
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:20 / 19.08.2026
Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ
Hazırda oxunan: Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ
Hazırda oxunan: Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ
631801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































