"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Hazırda oxunan: "YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

631873

"YouTube" avqustun 24-dən etibarən videoların baxış sayını işə salındığı andan – elə ilk kadrdan etibarən qeydə almağa başlayacaq. Bu yeni sistem qlobal miqyasda bütün video formatları üçün qüvvədə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə platformanın rəsmi kömək bölməsində məlumat verilib.
 

Əvvəllər platforma formatdan asılı olaraq baxış sayını fərqli üsullarla hesablayırdı. İndi isə "YouTube" bu metrikanı vahid şəklə salmaq qərarına gəlib. Şirkət bu dəyişikliyi metrikanın unifikasiya edilməsi və müəlliflərə öz videolarının əhatə dairəsi barədə daha tam təsəvvür yaratmaq istəyi ilə izah edib.


Məlumatda deyilir: "Avqustun 24-dən başlayaraq, “YouTube”da baxış sayının əks olunduğu hər yerdə yeni göstəricini görməyə başlayacaqsınız (bu o deməkdir ki, müəlliflərin ümumi baxış sayı bundan sonra yəqin ki, daha sürətlə artacaq)".

Platformanın iddia etdiyinə görə, yeni sistem monetizasiyaya (gəlir qazanılmasına) təsir göstərməyəcək: ödənişlər əvvəlki kimi real izləmə müddətinə (baxış saatlarına) və videoya olan marağa əsasən hesablanacaq.

Videonun işə düşməsindən sonra onu izləməyə davam edən istifadəçilərin dəqiq sayı isə "YouTube Analytics" bölməsində saxlanılacaq.

"The Verge" nəşrinin yazdığına görə, bənzər baxış hesablama alqoritmı "TikTok" və "Instagram" platformalarında da qüvvədədir. "X" sosial şəbəkəsində isə istifadəçi videonu ən azı iki saniyə izlədikdə baxış sayı qeydə alınır.

Nəşrin məlumatına görə, "YouTube" ötən il bu metodu artıq "YouTube Shorts" videoları üçün sınaqdan keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin