Sərnişinləri yolda qoyan 156 nömrəli avtobus nə vaxt YENİLƏNƏCƏK? – AYNA-dan AÇIQLAMA

Hazırda oxunan: Sərnişinləri yolda qoyan 156 nömrəli avtobus nə vaxt YENİLƏNƏCƏK? – AYNA-dan AÇIQLAMA

631789

Sərnişinlərdən 156 nömrəli avtobusla bağlı redaksiyamıza şikayət daxil olub. Onların sözlərinə görə, avtobus hərəkət zamanı qəfil dayanır və nasazlıq səbəbindən sərnişinlər yolda düşmək məcburiyyətində qalırlar.
 

Xüsusilə böyük tutumlu olan avtobusun çoxsaylı sərnişin daşıdığı nəzərə alınarsa, belə nasazlıqlar sərnişinlərin yolda qalmasına və növbəti avtobusu gözləməsinə səbəb olur. Bu da təkcə vaxt itkisinə deyil, eyni zamanda həmin avtobusda əlavə sıxlıq yaradır.


Eyni zamanda hərəkət zamanı qəfil dayanma ciddi yol-nəqliyyat hadisəsinə gətirib çıxara bilər. Sərnişinlərin sözlərinə görə, problem bu gün də daxil olmaqla dəfələrlə təkrarlanıb.

Bəs avtobusda nasazlıq varsa, niyə təmir edilmir və ya başqa avtobusla əvəzlənmir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən marşrut avtobusları yaxın vaxtda yenilənəcək:

“156 nömrəli marşrut xətti müsabiqəyə çıxarılaraq qalib müəyyən edilib və yaxın zamanda yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək”.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin