Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Hazırda oxunan: Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

631830

2026-cı ilin iyun ayında Azərbaycanda kirayə qiymətləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 7.4% artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın pul siyasəti icmalında bildirilib.

Qurumun 2025-ci il üzrə illik maliyyə sabitliyi hesabatında isə təklif olunan kirayə evlərin yarısının aylıq qiymətinin 1 000 manatdan yuxarı olduğu qeyd edilib.
 

Təxminən bir aya ali təhsil müəssisələrində tədrisin başlaması ilə əlaqədar paytaxtda kirayə evlərə tələbatın artacağı mövsüm yaxınlaşır. Maraqlıdır, bəs bu dövrdə kirayə qiymətləri daha da arta bilərmi?


Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının Baku TV-yə bildirdiyinə görə, əvvəlki illərdə qiymət artımları, əsasən, mövsümi amillərlə bağlı olsa da, hazırda bahalaşma ilboyu davam edir. O bildirib ki, köhnə yaşayış fondunun sürətlə azalması ucuz mənzillərin sayını azaldır, təklif məhdudlaşdığı halda tələbin yüksək qalması isə qiymətlərin yüksəlməsinə səbəb olur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc da avqust ayından etibarən kirayə qiymətlərində yeni artım dalğasının başlayacağını proqnozlaşdırır. Onun sözlərinə görə, mövsümi canlanma nəticəsində qiymətlər əlavə 10-15 faiz arta bilər.

Ekspert qeyd edib ki, xüsusilə ali təhsil müəssisələrinin yerləşdiyi Nəsimi, Yasamal, Nərimanov, Səbail və Xətai rayonlarında bahalaşmanın daha kəskin olacağı gözlənilir.

Tələb azaldıqdan sonra bazarda müəyyən stabilləşmə yaransa da, bu, qiymətlərin enəcəyi anlamına gəlmir.

Vüqar Oruc əlavə edib ki, metronun "28 May" və "Nizami" stansiyaları arasında hərəkətin 11 aya qədər dayandırılması da kirayə bazarının coğrafiyasına təsir göstərə bilər. Onun fikrincə, ali təhsil müəssisələrinə nəqliyyat baxımından daha əlverişli ərazilərə tələbatın artması həmin zonalarda qiymətlərin daha sürətlə yüksəlməsinə şərait yarada bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin