Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Hazırda oxunan: Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

631920

Paytaxtın Xətai rayonu 8 Noyabr prospektində nəqliyyatın intensiv olduğu vaxt təhlükəli hərəkətlər edən uşaqların görüntüləri yayılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, iki yeniyetmə avtomobil yolunda həyatlarını təhlükəyə ataraq qaçmaqla gimnastika hərəkətləri ediblər.

Onların görüntüsünü kənardan çəkən şəxs həmin kadrları sosial şəbəkədə paylaşıb.

Yeniyetmələrin həyatlarını təhlükəyə ataraq bu hərəkətləri etməsi birmənalı qarşılanmayıb və bu əməllərin özlərinin və digər yol hərəkəti iştirakçılarının həyatına risk yaratdığı vurğulanıb.
 

DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxt ərazisində nəqliyyat axınının intensiv olduğu yolda təhlükəli hərəkətlər edərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi risk yaradan azyaşlılar polis əməkdaşları tərəfindən müəyyən ediliblər:

 
“Hər iki azyaşlı valideynləri ilə birlikdə Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktik iş aparılıb, yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmələrinin vacibliyi izah edilib. Eyni zamanda azyaşlıların həyat və sağlamlığının qorunması, onların təhlükəli davranışlardan çəkindirilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılıb. Övladlarının davranışlarına nəzarəti artırmalı olduqları onların diqqətinə çatdırılıb”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin