Lavrov Britaniyanı Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakda İTTİHAM ETDİ

Hazırda oxunan: Lavrov Britaniyanı Rusiya-Ukrayna müharibəsində birbaşa iştirakda İTTİHAM ETDİ

631844

Rusiya Böyük Britaniyanın onun ərazisinə endirilən zərbələrdəki rolunu bu ölkənin münaqişədə birbaşa iştirakı kimi qiymətləndirmək hüququna malikdir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Rossiya-1" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.
 

Nazirlik rəsmisi qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin kiminsə ölkənin maraqlarına və mülkiyyətinə qəsd edəcəyi təqdirdə, Rusiyanın istənilən regionda addım atmaq hüququ olduğunu artıq bəyan edib.


"Böyük Britaniya raket qoşunlarının Rusiya Federasiyasına zərbələr endirilməsində birbaşa iştirakının qürurla elan edilməsini biz də eyni dərəcədə müharibədə iştirak kimi qiymətləndirmək hüququna malikik və bunun müvafiq nəticələri olacaq", – deyə nazir vurğulayıb.

Avqustun 16-da "The Times" qəzeti Ukrayna qoşunlarının Rusiyanın daxilinə zərbələr endirmək üçün Böyük Britaniya istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə başladığını yazıb.

Jurnalistlərin məlumatına görə, söhbət xüsusilə İngiltərənin Uiltşir qraflığındakı "Callen-Lenz" şirkəti tərəfindən istehsal olunan "Nyan" dronlarından gedir.

Məlumata görə, həmin dronlardan Volqoqrad və Yaroslavldakı neft emalı zavodlarına zərbələr endirmək üçün istifadə olunmuş ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin