Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Hazırda oxunan: Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

631903

Erməniəsilli Rusiya jurnalisti və radioaparıcısı Armen Qasparyan rus blogerlərini və ictimai-siyasi nümayəndələrini Azərbaycanla bağlı bəyanatlarında daha məsuliyyətli olmağa çağırıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Solovyov LIVE" proqramının efirində danışıb.
 

Qasparyan Rusiya mediasında və informasiya məkanında son vaxtlar Azərbaycan Respublikasına qarşı səslənən təxribat xarakterli bəyanatları şərh edib.


Jurnalist kəskin publik çıxışların ciddi fəsadlar doğura biləcəyinə və yeni diplomatik qalmaqallara zəmin yaradacağına diqqət çəkib:

"Mən dəfələrlə demişəm ki, ictimai-siyasi məkanda olan blogerlərimiz heç olmasa bəzən dedikləri sözlərin necə yozulacağı barədə düşünməlidirlər. Onlar bu cür bəyanatlar verərkən anlamırdılar ki, bu məsələ tezliklə Bakıya çatacaq və növbəti beynəlxalq qalmaqala səbəb olacaq?", – deyə Qasparyan vurğulayıb.

Qasparyanın sözlərinə görə, Moskva ilə Bakı arasındakı münasibətlərin hazırkı vəziyyətini nəzərə almaq xüsusilə vacibdir. Jurnalist bildirib ki, "Hazırda Azərbaycan bizə ən dost dövlət deyil - mən bunu gizli, kamuflyajlı şəkildə deyirəm".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin