İran və Ermənistan arasında inşa edilən 400 kV-luq elektrik ötürücü xəttinin tikintisində işlərin 85 faizi tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Bargh News" məlumat yayıb.
Ermənistanın regional idarəetmə və infrastruktur naziri Davit Xudatyan bildirib ki, strateji layihənin başa çatdırılması iki ölkə arasında elektrik enerjisi mübadiləsi gücünün hazırkı 350 meqavatdan 1200 meqavata yüksəlməsinə imkan verəcək.
Xudatyan İranla enerji sahəsində əməkdaşlığı yüksək dəyərləndirib.
O, Ermənistanın elektrik şəbəkəsinin İran, Gürcüstan, Türkiyə və Azərbaycan şəbəkələri ilə sinxronlaşdırılmasını ölkə üçün strateji prioritetlərdən biri adlandırıb.
Bizim.Media



































































































