Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Hazırda oxunan: Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

631911

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur.

Bizim.Media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova duru yağlarla bağlı deyib.

Onun sözlərinə görə, düzgün texnologiya ilə hazırlanıbsa, düzgün miqdarda istifadə olunursa və saxlanma şəraiti normaldırsa, bu yağlardan istifadə etmək olar:
 

“Yalnız bir yağ dəfələrlə qızdırılıb istifadə olunursa, bu zaman onun tərkibində oksidləşmə artır və müxtəlif zərərli maddələrin yaranmasına gətirib çıxara bilər. Eyni zamanda, çox yüksək temperaturda uzun müddət saxlanıldıqda və ya bişirmə zamanı uzun müddət istiliyə məruz qaldıqda, tüstüləndikdə həmin yağların istifadəsi zərərlidir. Duru yağların qızartmalarda təkrar istifadəsinə yol verilməməlidir. Yağın dadında acılıq varsa, qoxusu tündləşibsə, bu, yağın keyfiyyətsiz olduğunu göstərə bilər. Buna mütləq diqqət etmək lazımdır.


Bir insan gün ərzində 25 qrama qədər yağ qəbul etməlidirsə, bu miqdar hər kəsin çəkisinə, bədən ölçüsünə və gündəlik fiziki aktivliyinə görə dəyişir. Onun müəyyən hissəsinin keyfiyyətli bitki yağlarından olması faydalıdır. Çünki onların tərkibindəki doymamış yağ turşuları orqanizmin sağlamlığı üçün faydalıdır. Nəzərə almaq lazımdır ki, yağın xarab olmasına ən çox təsir göstərən amillərdən biri işıq, istilik, həmçinin yağın qapağının dəfələrlə açılaraq oksidləşməyə məruz qalmasıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin