Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

Hazırda oxunan: Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə DÖYDÜ

631837

Abşeronda kişi arvadını döyüb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.

İttiham aktına görə, 36 yaşlı Qax rayon sakini Şücaət Kərimov (şərti adla) yaşadıqları evdə ona vaxtında yemək verməyən 39 yaşlı arvadı ilə mübahisə edib.

Mübahisə zamanı o, əl və yumruq zərbələri ilə qadının başına, qollarına vurub. Qadın zərbələrdən yerə yıxılandan sonra isə Şücaət təpiklə bel, ayaq və bədəninin müxtəlif yerlərinə vuraraq, bir sıra xəsarətlər yetirib.
 

Bu əməlinə görə, Şücaət Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.


Təqsirləndirilən şəxs 3 ay evləndiklərini və törətdiyi əməldən peşman olduğunu bildirib. Onun sözlərinə görə, arvadından yemək istəyəndən qadın hələ hazır olmadığını, indi bişirəcəyini deyib. Şücaət həmçinin qayınanasının da onların işinə qarışdığını dilə gətirib.

Zərərçəkmiş qadın isə ifadəsində bildirib ki, Şücaət onu döyüb xəsarət yetirdiyi üçün məhkəmədən tək tələbi onun cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Məhkəmənin qərarı ilə Ş. Kərimov 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin