Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Hazırda oxunan: Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

631859

Paytaxtın Nəsimi rayonu “Kubinka” kimi tanınan ərazidə illərdir köhnə evlərin sökülməsini və sakinlərin köçürülməsini həyata keçirən tikinti şirkətindən 10-a yaxın ailə şikayətçidir.

Bizim.Media Space TV-yə istinadla xəbər verir ki, görüntülər Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 117 ünvanındandır. Şikayətçilər bildiriblər ki, 5 ildir davam edən söküntü ərazisində hansı layihənin icra olunacağında da məlumatsızdırlar.
 

Sakinlər deyirlər ki, ərazidə söküntü aparan “Vialon” MMC ilə razılığa gələ bilməmələrinin əsas səbəbi şirkət tərəfindən onlara təklif olunan kompensasiya məbləğinin bazar qiymətlərindən dəfələrlə az olmasıdır.


Şirkətin fəaliyyətindən narazi qalan bu sakinlər, hazır mənzil verilməyəcəyi təqdirdə öz evlərinin sökülməsinə razı olmayacaqlarını bildiriblər.

Bəs evlərinin hər an uça biləcəyindən ehtiyat edən 10-a yaxın ailəni “Vialon” MMC-nin rəhbərliyi niyə köçürülən digər sakinlər kimi həqiqətən razı salmaqda maraqlı deyil?

“Space”in əməkdaşı məsələ ilə bağlı şirkətin ofisinə üz tutub. Lakin MMC-nin rəhbərliyi çəkiliş aparıldığını görən kimi ərazidən uzaqlaşıb. Həmçinin mövzu ilə bağlı Nəsimi rayon icra hakimiyyətinin mövqeyini də öyrənmək mümkün olmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin