İsrail Futbol Assosiasiyası Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantinonun təşkilatın prezidenti seçkilərindəki namizədliyinə verdiyi dəstəyi geri götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bəyanatda deyilir: "İnfantinonun dəstəklənməsi ilə bağlı əvvəlki məktubumuzu geri götürməkdən başqa çarəmiz yoxdur. Ümid edirik ki, bütün tərəflər arasında aparılacaq səmərəli dialoq nəticəsində ümumi baxışı və dünya futbolunun düzgün inkişaf istiqamətini bərpa etmək mümkün olacaq".
Daxil olan məlumata görə, DÇ-2026 başa çatdıqdan dərhal sonra FİFA rəhbəri Canni İnfantino bəzi hüquqların kənar investorlara satılması planlarını açıqlayıb.
Bu addım futbol ictimaiyyətində mənfi reaksiya doğurub və DÇ-2030-un boykot edilməsi hədələrinə səbəb olub. Bu barədə ilk olaraq Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bəyanat yayıb. Ciddi tənqidlərdən sonra FİFA bu ideyadan imtina edib.
Bizim.Media




































































































