Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

Hazırda oxunan: Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

631849

Ağsuda şəhid valideynlərini təhqir edən satıcı həbs olunub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Ağsu bazarında qeydə alınıb.

Zərərçəkən şəxs ifadəsində bildirib ki, şəhid atasıdır. Yoldaşı ilə birgə oğullarının mövludu münasibətilə tədarük almaq üçün bazara gediblər.

Limonu seçib yığarkən satıcı icazə verməyib və sonra yığdıqlarını da əllərindən alaraq, yerinə qoyub. Bundan sonra aralarında mübahisə yaranıb və satıcı onlara əl-qol atıb. Yaranmış hadisəyə görə xanımının təzyiqi qalxıb və onu xəstəxanaya aparıb.
 

Faktla bağlı satıcı, 33 yaşlı Rüstəm Səmədov (şərti adla) polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati protokol tərtib olunub.


R. Səmədov isə həmin müştərinin şəhid atası olduğunu biləndən sonra üzr istədiyini deyib.

Məhkəmənin qərarı ilə o, 4 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin