Çin tibb tarixində daha bir ilkə imza atdı: Cəmi 8 saata...

Hazırda oxunan: Çin tibb tarixində daha bir ilkə imza atdı: Cəmi 8 saata...

631884

Çinli həkimlər bədbəxt hadisə nəticəsində hər iki ayağını itirən pasiyentə ətraflarını uğurla tikərək yerinə bərpa ediblər. Bu, bud səviyyəsində aşağı ətrafların uğurlu replantasiyası üzrə dünyada ilk haldır. 

Bizim.Media xəbər verir ki, bu barədə "Yantszı vanbao" qəzeti məlumat yayıb.

Szyan soyadlı 51 yaşlı kişi 2024-cü ilin sonlarında zavodda baş verən insident nəticəsində hər iki ayağını itirib. Ətrafların yenidən bərpa edilməsi əməliyyatı Şərqi Szyanjsu əyalətində yerləşən Suçjou Juyxua Ortopediya Xəstəxanasında həyata keçirilib və təxminən səkkiz saat davam edib.

Əməliyyat zamanı xəstəyə sümük plastikası olunub və bud sümüklərinə fiksasiyaedici lövhələr yerləşdirilib.

Əməliyyatdan bir ildən çox vaxt keçdikdən sonra kişi ayaqlarını qaldıra bilib, daha sonra isə xüsusi yerimə qurğusunun (xodunok) köməyi ilə ayaqüstə durmağı və yeriməyi bacarıb. Hazırda reabilitasiya prosesi davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin