Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Hazırda oxunan: Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

631825

Bakıda bir evdə üç nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, 1 ünvanındakı ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

Belə ki, Balakən rayon sakinləri - 1983-cü il təvəllüdlü Sərvər Qərib oğlu Kərimov, 1986-cı il təvəllüdlü Vidadi Famil oğlu Bubuşov və 1988-ci il təvəllüdlü Elnur Abdulla oğlu Xocaxov bir otaqda, hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Murad Quliyev isə digər otaqda kirayədə yaşayırmışlar.

M.Quliyev bir müddət əvvəl həbsdən çıxıbmış və ona görə də tək qalırmış. O, Bakı şəhərindəki hərbi hissələrdən birində usta işləyirmiş.

M.Quliyev çox vaxt iş yerində qalsa da, otağı kirayələyibmiş. O, evə gələndə qonşuda kirayədə qalan həmin üç nəfərlə yeyib-içirmiş.

Hadisədən bir gün əvvəl M.Quliyev evdə olmayıb və Balakən rayon sakinləri onun evindən istifadə ediblər.
 

Səhəri gün, yəni dünən axşam saatlarında M.Quliyev evə gəlib və yenidən həmin üç nəfərin qaldığı evə gedib, yeyib-içiblər.


Həmin vaxt onlardan biri Murada məlumat verib ki, onun qaldığı otaqdan istifadə ediblər. Bundan əsəbiləşən Murad onlara irad bildirib və aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Balakən rayon sakinlərindən biri Muradı vurub. Həmin vaxt Muradın stolun üstündə olan bıçaqla hər üç şəxsə zərbələr endirdiyi, daha sonra hadisə yerindən qaçdığı bildirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Quliyev saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin