"Neftçi" daha bir futbolçu transferini həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviç 2+1 il müddətində "ağ-qaralar"ın formasını geyinəcək. 25 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanıb.
Əsasən sol vinger mövqeyində çıxış edən Saviç Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS klubu ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub.
Sonuncu komandası TSC ilə ötən mövsüm Serbiya Superliqası və kubok yarışlarında 36 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. 2026/2027 mövsümündə isə Serbiya çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 1 qol ötürməsi ilə yadda qalıb.
Bizim.Media




































































































