Bir neçə ərəb ölkəsinin kəşfiyyat xidmətləri İranın ABŞ və İsrailə qarşı müharibəni yenidən alovlandırmaq hazırlıqlarından xəbər tutublar.
Bizim.Media xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) Yaxın Şərqdəki mənbələrə istinadən yayıb.
Nəşrin mənbələri bildirir ki, Tehranın əsas məqsədi düşmənə elə bir ziyan vurmaqdır ki, ötən ilki 12 günlük müharibəyə və hazırkı münaqişəyə bənzər hücumların təkrarlanmasının qarşısını birdəfəlik alsın.
Qeyd olunur ki, İran qarşıdurmanın yeni mərhələsinə fəal şəkildə hazırlaşır. Hakimiyyət orqanları İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) ölkənin nizami ordusu üzərində daha böyük nəzarət verib və əsas mövqelərə Amerika bazalarını yerləşdirən ərəb ölkələrinə qarşı hücumların veteranlarını və tərəfdarlarını təyin edib.
Eyni zamanda İran əks-kəşfiyyat əməliyyatlarını genişləndirir və raket və dron istehsalını sürətləndirir.
Qəzetin mənbələri bildirir ki, vəziyyətin daha da gərginləşdirilməsi planları Fars körfəzində internet kabellərinin sabotajını və Küveyt və Bəhreyn kimi şiə icmalarının yaşadığı ölkələrdə siyasi sabitliyin pozulmasını əhatə edə bilər. Hətta Küveytdə quru əməliyyatları da plana daxil edilə bilər.
Nəşrin mənbələri bildirir ki, kəşfiyyat hazırlıqlara dair dəlillər əldə edib. Planlar İranla Yəmən və İraqdakı müttəfiq qruplar arasında ələ keçirilən rabitə əlaqələrindənortaya çıxıb. Mənbələr iddia edir ki, Tehran iyun ayındakı fasilədən və ABŞ prezidenti Donald Trampla danışıqlardan sülh üçün deyil, vaxt qazanmaq və raket imkanlarını modernləşdirmək üçün istifadə etmiş ola bilər.
İran cavab tədbirlərindən qorxur. Hökumət müşavirləri hesab edirlər ki, qarşıdurmanın növbəti mərhələsi ənənəvi müharibədən kənara çıxacaq və yanvar ayında ölkəni bürüyən hadisələrə bənzər şəkildə daxili iğtişaşları qızışdırmaq üçün xarici cəhdləri əhatə edəcək.
Bizim.Media

































































































